Cənubi Koreyanın Birləşmə naziri istefa vermək qərarını açıqlayıb
Bakı, 17 iyun, AZƏRTAC
Koreya Respublikasının Birləşmə naziri Kim Yon Çhol KXDR-lə münasibətlərin gərginləşməsi fonunda istefa vermək barədə qərar qəbul edib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Kim Yon Çhol bu barədə Seul şəhərində keçirilən mətbuat konfransında deyib. “Koreyalararası münasibətlərin pisləşməsinin məsuliyyətini öz üzərimə götürərək postumu tərk etmək qərarına gəlmişəm”, - deyə nazir bildirib.
O, həmçinin Koreya vətəndaşlarının yarımadada sülh və tərəqqi barədə arzularını həyata keçirə bilmədiyi üçün üzrxahlıq edib və bir qədər əvvəl istefa vermək qərarı barədə prezident administrasiyasını məlumatlandırdığını bildirib.
Kim Yon Çhol 2019-cu il aprelin 8-dən etibarən Şimali Koreya ilə münasibətlərə məsul olan quruma rəhbərlik edir.
Xatırladaq ki, iyunun 16-da Şimali Koreyanın hakimiyyət orqanları Koreya Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının KXDR ərazisinə təbliğat vərəqələri göndərməsinə cavab olaraq Keson şəhərində yerləşən əlaqə ofisini partladıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]