CƏNUBİ QAFQAZDA NARKOTİKLƏRƏ NƏZARƏT PROQRAMI MÜZAKİRƏ EDİLMİŞDİR
SCAD Proqramının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, daxili işlər nazirinin birinci müavini Zahid Dünyamalıyev çıxış etmişdir. O, narkotiklərin Cənubi Qafqazdan Avropaya daşınmasının qarşısının alınmasında coğrafi-strateji mövqedə yerləşən ölkəmizin mühüm rol oynadığını vurğulamış, bu mübarizənin səmərəli aparılması üçün respublikamıza daha çox vəsait ayrılmasının vacibliyini Avropa İttifaqı komissiyalarının, BMT-nin müvafiq strukturlarının nəzərinə çatdırmışdır.
Z.Dünyamalıyev, eyni zamanda, narkotiklərin qanunsuz dövriyyəsi və qaçaqmalçılığın qarşısının alınması, beynəlxalq terrorizm, insan alveri ilə mübarizə sahəsində Azərbaycan hökumətinin dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar və donor ölkələrlə hər cür əməkdaşlığa hazır olduğunu bildirmişdir.
İclasda SCAD Proqramının milli əlaqələndiricisi Məzahir Əfəndiyev bu proqramın III layihəsi çərçivəsində görülən işlər barədə ətraflı məlumat vermişdir.
İclasda 2004-cü ildə Azərbaycan hökumətinin narkomaniya ilə mübarizə sahəsində aparacağı işlər, görəcəyi tədbirlərlə bağlı həyata keçiriləcək SCAD IV layihəsinin fəaliyyət istiqamətlərini özündə əks etdirən iş planı müzakirə edilmişdir.
Cənubi Qafqazın hər üç respublikasının nümayəndə heyətlərinin rəhbərləri yekun qərarı imzalamışlar.