CƏZA ÇƏKƏNLƏRİN TƏRBİYƏSİ İŞİNDƏ AZƏRBAYCANIN TƏCRÜBƏSİ YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
“BRİTİSH COUNCIL” təşkilatının direktoru xanım Marqaret Çek “Cəzaçəkmə müəssisələrində forum teatrı” layihəsinin müzakirəsi ilə əlaqədar fevralın 25-də ədliyyə nazirinin müavini general-mayor A.Qasımovla görüşmüşdür. Görüş zamanı cəza çəkən şəxslərin azad olunandan sonra cəmiyyətə yenidən inteqrasiyasına şərait yaratmaq, onların gələcəkdə qeyri-kriminal həyat tərzi sürmələrinə kömək məqsədi ilə bu adamlara mənəvi-estetik dəyərlərin aşılanması üsulları müzakirə olunmuşdur. Bu layihə çərçivəsində respublikamızın cəzaçəkmə müəssisələrində Azərbaycan və ingilis müəlliflərinin əsərlərinin məhkumların ifasında səhnələşdirilməsi sahəsində əməkdaşlığın həyata keçirilməsinə dair razılıq əldə edilmişdir. Bu işə ölkəmizdə fəaliyyət göstərən “Yuğ” teatrının cəlb olunması nəzərdə tutulmuşdur.
Görüşün sonunda qonaqlar Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində yaradılmış “Penitensiar tarix muzeyi” ilə tanış olmuşlar.