“Çelsi” ukraynalı futbolçu üçün 78 milyon avro ödəməyə hazırdır
Bakı, 21 oktyabr, AZƏRTAC
Ukrayna millisinin və "Şaxtyor"un (Donetsk) futbolçusu Georgi Sudakov karyerasını İngiltərənin “Çelsi” komandasında davam etdirə bilər.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, London klubu bu transfer üçün qarşı tərəfə 78 milyon avro ödəməyə hazırdır.
22 yaşlı yarımmüdafiəçi İngiltərənin digər təmsilçisi “Arsenal”ın da maraq dairəsindədir. Lakin Sudakovun həmyerlisi Mixail Mudrikin “Çelsi”də çıxış etməsi onun “zadəganlar”ı seçməsinə səbəb ola bilər.
Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə “Şaxtyor” forması ilə 11 matçda iştirak edən Georgi Sudakov 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]