DÜNYA
Çili od içində: xaricdən kömək gəlir VİDEO
Bakı, 25 yanvar, AZƏRTAC
Çili son yarım əsrin ən güclü meşə yanğınları ilə mübarizə aparır. Anomal istilər alovun sürətlə yayılmasına səbəb olub. Yanğınların ümumi sahəsi 130 min hektara çatıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, artıq bir neçə həftədir təbii fəlakətin öhdəsindən gəlmək mümkün olmur. Yanvarın 21-də zərər çəkən regionlarda fövqəladə vəziyyət rejimi elan olunub. BBC-nin Rusiya xidmətinin məlumatına görə, yanğınla mübarizəyə 1200 hərçi və 500 yanğınsöndürən cəlb olunub.
Meşə yanğınları nəticəsində indiyədək azı 3 nəfər həlak olub, 200-ə yaxın insan zərər çəkib, 40-dan çox ev yararsız vəziyyətə düşüb. Yüzlərlə insan müvəqqəti yaşayış mərkəzlərinə yerləşdirilib.
Bu ərəfədə Çili hökuməti ABŞ, Fransa, Meksika və Argentinadan olan mütəxəssislərinin köməyini qəbul etməyə razılıq verib.