ÇİN HÖKÜMƏTİ VELOSİPEDÇİLƏRİ MÜDAFİƏ EDİR
Nazirliyin nümayəndələri bildirmişlər ki, Çin hazırda daxili yanma mühərrikli nəqliyyat vasitələrindən daha çox istifadə olunduğu dövrdə “velosipedlər səltənəti” titulunu qoruyub saxlamalıdır.
Çin küçələrində avtomobillərin sayı durmadan artır. Bununla əlaqədar, velosipedçilərin sayı xeyli, məsələn 1980-ci illərdəki 500 milyondan nəzərə çarpacaq dərəcədə azalmışdır.
Tezliklə Çində 130 milyon avtomobil və motosiklet olacaqdır. Lakin şəhərlərin ekoloji vəziyyəti artıq indidən hökuməti ciddi narahat edir. Küçələrdə avtomobil qazlarının sıxlığını azaltmaq üçün hökumət velosiped zolaqlarını bərpa etmək və velosipedi ən kütləvi ictimai nəqliyyat vasitəsi kimi qoruyub saxlamaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]