ÇİN MƏKTƏBİNDƏ BASIRIQ NƏTİCƏSİNDƏ 8 UŞAQ HƏLAK OLMUŞ, 45-İ YARALANMIŞDIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Çinin Sıçuan əyalətinin Quanna şəhərindəki ibtidai məktəbdə basırıq nəticəsində 8 uşaq ölmüş, 45-i yaralanmışdır. Yerli mətbuatın fərziyyəsinə görə, axşam növbəsindən sonra məktəbdə işıq sönmüş və kimsə şagirdləri “ruhlarla” qorxutmaq fikrinə düşmüşdür. Kiçikyaşlı şagirdlər vahimə içində pilləkənlə aşağı düşməyə çalışmış və nəticədə basırıq yaranmışdır.
Faciəli hadisə ilə bağlı istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
- 08.10.2026 [11:38]
Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir
- 08.10.2026 [11:36]