Çin polisi ABŞ Milli Təhlükəsizlik Agentliyi ilə əlaqəli olan 3 nəfəri axtarışa verib
Pekin, 16 aprel, AZƏRTAC
Çin polisi Harbin-2025 Asiya qış oyunlarına haker hücumu şübhəsi ilə ABŞ Milli Təhlükəsizlik Agentliyi ilə əlaqəsi olan 3 nəfəri axtarışa verib.
AZƏRTAC Çin polisinin məlumatına istinadla xəbər verir ki, ilkin təhqiqatın gedişində ABŞ vətəndaşlarının Çinin vacib informasiya sistemlərinə mütəmadi kiber hücumlar təşkil etdiyi aşkarlanıb. Ketrin Uilson, Robert Snellinq və Stiven Conson ABŞ Milli Təhlükəsizlik Agentliyi ilə əlaqəli bölmə olan Xüsusi Giriş İdarəsinin (TAO) planlaşdırdığı kütləvi kiberhücumlarda iştirak ediblər. Onlar Asiya qış oyunları ilə bağlı məlumatları, o cümlədən iştirakçıların qeydiyyatı, gəlmə-getmə vaxtları haqqında informasiyaları əldə etməyə çalışıblar.
Bundan başqa, 2022-ci ildə Çin Aviasiya Universitetinə təşkil olunmuş kiberhücumun arxasında TAO-nun dayandığı məlum olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:44]
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]