Çin uçuş zamanı dronları enerji ilə təmin edən mikrodalğalı şüa texnologiyasını nümayiş etdirib
Bakı, 22 aprel, AZƏRTAC
Çinli tədqiqatçılar dronlara yerdən mikrodalğalı şüa vasitəsilə enerji ötürən sistemi uğurla sınaqdan keçiriblər. Mobil şüalandırıcı qurğu enerjini aparatın alt hissəsindəki antena qəfəsinə ötürərək fiziki bağlantı olmadan fasiləsiz enerji təmin edir.
AZƏRTAC xəbər verir ki, təcrübə zamanı həm dronun, həm də yerüstü qurğunun hərəkətdə olduğu şəraitdə belə enerji ötürülməsi sabit saxlanılıb ki, bu da mühüm irəliləyiş sayılır.
Texnologiya pilotsuz uçuş aparatlarının havada qalma müddətini xeyli artıraraq fasiləsiz müşahidə və əməliyyat imkanlarını genişləndirə bilər. Nəticələr “Aeronautical Science & Technology” jurnalında dərc olunub. Tədqiqat Sidyan Universitetinin alimləri tərəfindən aparılıb.
Sınaqlarda sistem dronun təxminən 15 metr hündürlükdə 3,1 saata qədər uçuşunu təmin edib. Layihə rəhbəri Sun Livey bildirib ki, şüanın hərəkətdə olan hədəfə dəqiq yönəldilməsi GPS və real vaxt izləmə sistemlərinin inteqrasiyası ilə mümkün olub.
Mütəxəssislərin fikrincə, bu texnologiya böyük batareyalara ehtiyacı azaldaraq dronların daha yüngül və funksional olmasına şərait yarada bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]