DÜNYA
Çində leysan yağışları: 15 nəfər ölüb, 4 nəfər itkin düşüb VİDEO
![Çində leysan yağışları: 15 nəfər ölüb, 4 nəfər itkin düşüb VİDEO](/files/2023/2/1200x630/1688559448670940993_1200x630.jpg)
Pekin, 5 iyul, AZƏRTAC
Çinin cənub-qərbindəki Çonçin şəhərində son 3 gündə yağan şiddətli yağışlar 15 nəfərin ölümünə, 4 nəfərin itkin düşməsinə səbəb olub.
AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, leysan yağışları əsasən Vancou rayonunda fəsadlar törədib, 2500 nəfərdən çox sakin təxliyə edilib. Hazırda itkin düşənlərin axtarışları davam edir. Paralel olaraq təbii fəlakətlə mübarizə və onun nəticələrinin aradan qaldırılması işləri aparılır. Bu işləri idarə etmək üçün fövqəladə halların idarəedilməsi və su ehtiyatları nazirlərinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupu Çonçinə ezam olunub.
Mərkəzi hökumət ölkənin müxtəlif yerlərində mövsüm yağışlarının törətdiyi fəsadlarla mübarizə üçün 320 milyon yuan (təxminən 75 milyon ABŞ dolları) vəsait ayırıb.
Qeyd edək ki, hazırda Çində musson yağışları mövsümüdür. Səlahiyyətli qurumlar leysan yağışları ilə əlaqədar mütəmadi olaraq müxtəlif dərəcədə xəbərdarlıq elan edir. Müvafiq qurumlara və əhaliyə leysan yağışlarının səbəb olacağı sel, daşqın, torpaq sürüşməsi, palçıq axını kimi fəsadlara hazır olmaq tövsiyə edilib. Subasma, habelə dağlıq ərazilərdə qaya axını, sürüşmə təhlükəsi əsas götürülərək, avtomobil yollarında qabaqlayıcı tədbirlər görülür. Çökək yerlərdə yaşayanların daşqın halında təxliyəsi üçün planlar da hazırlanıb. Fövqəladə Halların İdarəedilməsi Nazirliyi iyul ayında mövsümi yağışlarla əlaqədar ölkənin əsas çaylarında və göllərində suyun səviyyəsinin çoxalaraq daşması ehtimalı barədə xəbərdarlıq edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.06.2024 [06:39]
Plastik şüşələrdən su içmək diabet riskini artırır
- 29.06.2024 [06:18]
ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir
- 29.06.2024 [05:37]
Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb
- 29.06.2024 [05:02]
Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?
- 29.06.2024 [03:57]
Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub
- 29.06.2024 [01:11]
İranda prezident seçkilərində səsvermə başa çatıb
- 29.06.2024 [00:41]
Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər
- 29.06.2024 [00:07]
Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər
BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib
- 28.06.2024 [23:26]
Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb
- 28.06.2024 [23:08]
Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir
- 28.06.2024 [21:47]
Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb
- 28.06.2024 [21:41]
Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib
- 28.06.2024 [21:04]
Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub
- 28.06.2024 [20:43]
Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ
- 28.06.2024 [20:40]
Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub
- 28.06.2024 [20:32]
® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi
- 28.06.2024 [20:18]
Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik
- 28.06.2024 [19:39]
“Baku ID” innovasiya festivalına yekun vurulub
- 28.06.2024 [19:31]
Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir
- 28.06.2024 [19:24]
“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib
- 28.06.2024 [19:16]
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib
- 28.06.2024 [18:49]
Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub
- 28.06.2024 [18:47]
Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar
- 28.06.2024 [18:36]
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB
- 28.06.2024 [18:32]
Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib
- 28.06.2024 [18:29]
Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq
- 28.06.2024 [18:23]
Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 28.06.2024 [18:19]
Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri
- 28.06.2024 [18:18]
Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib
- 28.06.2024 [18:11]
ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş
- 28.06.2024 [18:10]
“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar
- 28.06.2024 [18:04]
Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
- 28.06.2024 [18:01]
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb
- 28.06.2024 [17:52]
Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!
- 28.06.2024 [17:51]
“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır
- 28.06.2024 [17:47]
Qırmızı Qəsəbəyə turist axını davam edir
- 28.06.2024 [17:45]
Sədərək rayonunda taxıl sahəsi yanıb
- 28.06.2024 [17:42]
“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb
- 28.06.2024 [17:39]
Monteneqro-Azərbaycan biznes-forumu keçirilib
- 28.06.2024 [17:38]
Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib
- 28.06.2024 [17:27]
Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununda
- 28.06.2024 [17:20]
Qısamüddətli geomaqnit qasırğası gözlənilir
- 28.06.2024 [17:13]
BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
- 28.06.2024 [17:10]
Sabah ölkənin bəzi ərazilərinə dolu düşəcək
- 28.06.2024 [16:59]
Sahibkarlar Meksikada keçiriləcək sərgilərə dəvət olunur
- 28.06.2024 [16:54]
Yalçın Rəfiyev: COP29-un hazırlıq prosesinə Britaniyada böyük maraq var
- 28.06.2024 [16:51]