Çində neft-kimya zavodundakı yanğın insan tələfatına səbəb olub VİDEO
Pekin, 18 iyun, AZƏRTAC
Çinin Şanxay şəhərində neft-kimya məhsulları zavodunda baş verən yanğında ən azı bir nəfər ölüb.
AZƏRTAC zavodun yerləşdiyi Cinşan rayonu hökumətinin məlumatına istinadla xəbər verir ki, yanğın yerli vaxtla səhər saat 04:28-də başlayıb. Hadisə yerinə yanğınsöndürən briqadalar və xilasedicilər cəlb olunub. Yanğın böyük dərəcədə nəzarət altına alınıb. İndiyədək bir nəfərin meyiti tapılıb. Hazırda axtarış işləri davam edir.
Qeyd edək ki, bu, son həftədə Çində sənaye müəssisələrində baş verən 2-ci böyük qəzadır. İyunun 16-da Qansu vilayətinin Ləncou şəhərində kimyəvi məhsullar zavodunda baş verən partlayış nəticəsində 6 nəfər itkin düşüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Axtarış işlərinin gedişində itkin düşənlərin meyitləri tapılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]