Çində “Sinopharm” şirkətinin COVID-19 əleyhinə peyvəndi təsdiqlənib
Pekin, 31 dekabr, AZƏRTAC
Çin Dövlət Tibbi Məhsullar Administrasiyası “China National Biotec Group” (Sinopharm) şirkətinin yeni növ koronavirusa qarşı hazırladığı peyvəndi təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bunu administrasiyanın sədr müavini Çen Şifey dekabrın 31-də Pekində keçirdiyi mətbuat konfransında açıqlayıb. Bildirib ki, bununla “Sinopharm”ın peyvəndinin marketinqinə icazə verilib.
Çen Şifey deyib ki, 3-cü mərhələdə kliniki sınaqların ilkin nəticələrinə əsasən, “Sinopharm”ın hazırladığı peyvəndin COVID-19 infeksiyası əleyhinə effektivliyi 79,34 faiz olub. Bu rəqəm Çin Dövlət Tibbi Məhsullar Administrasiyası ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatının da standartlarına uyğundur. Administrasiya “Sinopharm” şirkətinə peyvəndin satışını həyata keçirməklə yanaşı, 3-cü mərhələ sınaqları və müvafiq aradşırmaları davam etdirməyi tapşırıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:47]
“Euractiv”: Avropa dron İstehsalında Çindən asılı olaraq qalır
- 19.06.2026 [12:46]
Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]
Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]