Çində sürətli dəmir yolu xətlərinin uzunluğu 50 min kilometri keçib
Bakı, 26 dekabr, AZƏRTAC
Çində yüksəksürətli dəmir yolu xətlərinin ümumi uzunluğu 50 min kilometri keçib.
AZƏRTAC xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, dekabrın 26-da ölkədə yeni sürətli marşrut xətti açılıb: “Fusin” sürət qatarı Şensi əyalətinin Yanan şəhərindən həmin əyalətin inzibati mərkəzi Siana yola düşüb. Dəmir yolu xəttinin bu hissəsində qatarın sürəti saatda 350 kilometrə çatıb. Yeni sürətli dəmir yolu şəhərlər arasında səyahət müddətini iki saatdan bir saata endirib.
Qeyd edək ki, ölkədə yüksəksürətli ilk dəmir yolu xətti 2008-ci ildə açılıb və o, Pekini Tyantszin şəhəri ilə birləşdirib.
“Hazırda belə xətlər 500 min və daha artıq əhalisi olan bütün şəhərlərin 97 faizini əhatə edir. Çin istifadədə olan yüksəksürətli dəmir yolları xətlərinin uzunluğuna görə dünyada birinci yerdədir. Ölkə, həmçinin dəmir yolu ilə səyahətin sürətinə görə də dünya lideridir”, - deyə “China State Railway Group” şirkətindən bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]