Çinin müdafiə naziri Rusiyaya səfər edəcək
Pekin, 14 aprel, AZƏRTAC
Çinin müdafiə naziri Li Şanfu aprelin 16-dan 19-dək Rusiyada səfərdə olacaq.
AZƏRTAC xəbər verir ki, Çinin Müdafiə Nazirliyi səfərin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə baş tutacağını açıqlayıb. Bu, Li Şanfunun Çinin müdafiə naziri vəzifəsində ilk xarici səfəri olacaq.
Nazir Li Şanfunun səfər zamanı Rusiya silahlı qüvvələrinin rəhbər şəxsləri ilə görüşəcəyini bildirən Çin Müdafiə Nazirliyinin rəsmisi Tan Kefey əlavə edib ki, iki ölkə arasında hərbi sahədə əlaqələr dövlət başçılarının iradəsi ilə strateji kommunikasiya, birgə təlimlər və praqmatik əməkdaşlıq sayəsində yüksək səviyyəyə qalxıb.
Qeyd edək ki, Çinin müdafiə nazirinin Rusiyaya gözlənilən səfəri Ukrayna müharibəsi ilə əlaqədar Qərbin Çinə Rusiya ilə hərbi sahədə əməkdaşlığı genişləndirməmək, o cümlədən Ukrayna müharibəsində istifadə olunması üçün Rusiyaya silah-sursat verməmək barədə xəbərdarlığı fonunda baş tutacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]