ÇİRKLİ PULLARIN YUYULMASI İLƏ MÜBARİZƏYƏ DAİR LAYİHƏLƏR HAZIRLANMIŞDIR
AZƏRTAC-ın verdiyi xəbərə görə, Azərbaycanda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində müvafiq tədbirlər görmək məqsədi ilə Nazirlər Kabineti yanında yaradılmış işçi qrupu “Çirkli pulların yuyulması ilə mübarizə haqqında” Qanunun, çirkli pulların yuyulması ilə mübarizə haqqında Milli Fəaliyyət Planının layihələrini hazırlamışdır.
Bundan əlavə, ölkəmiz çirkli pulların yuyulması ilə mübarizəni gücləndirmək məqsədi ilə “Cinayət fəaliyyətindən əldə edilmiş gəlirlərin yuyulması, aşkarlanması, götürülməsi və müsadirəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş və Avropa Şurasının pulların yuyulması əleyhinə Moneyval Qrupunun üzvü seçilmişdir.