ÇOX DİL BİLMƏK QOCALIĞIN QARŞISINI ALIR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, bir deyil, iki dili özünün doğma dili sayanlar daha gec qocalırlar. Kanada alimləri bu qənaətə gəlmişlər ki, uşaqlıqdan iki dildə danışan adamlar ahıl yaşlarında zehni qabiliyyətlərini sürətlə yox, tədricən itirməyə başlayırlar. Ekspertlər bunu onların gərəksiz informasiyaya əhəmiyyət verməməsi və yalnız mühüm amillərə reaksiya verməsi ilə izah edirlər.