Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çoxəsrlik tarixə malik özbək ədəbiyyatı

AZƏRTAC türkdilli xalqların folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 17 noyabr, AZƏRTAC

Türk tayfaları arasında özünün tarix və mədəniyyətinin qədimliyinə, zənginliyinə görə seçilən xalqlardan biri də özbəklərdir. Özbək ədəbiyyatı çoxəsrlik bir tarixə malikdir. Özbək ədəbiyyatı tarixən nəinki Orta Asiya məkanında, eyni zamanda, Yaxın və Orta Şərqin bir sıra ərazilərində yerləşən xalqların ədəbiyyatına bu və ya digər dərəcədə təsir göstərə bilmişdir. Görkəmli qırğız yazıçısı Çingiz Aytmatov qeyd edir ki, Roma mədəniyyətinin Avropa üçün əhəmiyyəti nə qədərdirsə, özbək mədəniyyətinin də Orta Asiya üçün əhəmiyyəti o qədərdir. Özbək folklor nümunələri öz möhtəşəmliyi ilə seçilir. “Alpamış”, “Yusif və Əhməd”, “Şeybani xan”, “Gündoğmuş”, “Şirin və Şəkər”, “Arzugül”, “Rüstəmxan” və s. dastanlar mövzu, məzmun, ideya və formasına görə mükəmməl yaradıcılıq nümunələri hesab edilir.

Bu fikirlər filologiya elmləri doktoru, professor Elman Quliyevin özbək ədəbiyyatı ilə bağlı yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

“Alpamış” orta əsrlərdə formalaşmış qəhrəmanlıq dastanıdır. Alpamış dastanda qəhrəmanın adıdır. Dastan mənzum formadadır və iki hissədən ibarətdir. Hər hissə beş böyük nəğmə parçasına bölünmüşdür. Dastan mənzum şəkildə olsa da, əsərdə bir sıra nəsr parçaları da vardır. Əsərin konfliktini qəbilə başçıları olan Bayburi ilə Baysarı adlı iki qardaş arasında gedən ziddiyyətlər təşkil edir.

Orta Asiyada Samanilərin, Qaraxanilərin və Qəznəvilərin hakimiyyətləri dövründə ədəbiyyatın inkişafı üçün əlverişli şərait yaranmışdır. Buxara, Səmərqənd, Balasaqun, Kaşqar, Xivə şəhərlərinin siyasi-ədəbi mərkəzə çevrilməsi bu şəhərlərdə elmi-ədəbi mühitin yaranmasına böyük təsir göstərmişdir. XI əsrdən başlayaraq türk dilinin poeziya dilinə çevrilməsi hadisəsi ədəbi dillər sırasında (fars və ərəb) bu dilin özünə yer alması və yazılı ədəbiyyatda türk ədəbi-bədii dil boşluğunun doldurulmasını təmin etdi.

Nəsirəddin Bürhanəddinoğlu XIV əsr özbək ədəbiyyatının tanınmış nümayəndəsidir. Rabğuzi kimi tanınan sənətkar 1311-ci ildə peyğəmbərlərin həyat hekayələri əsasında “Qısasul-ənbiya” adlı əsərini yazmışdır. Əsərdə türk şeiri üçün xarakterik olan dördlüklərin yer alması Rabğuzinin “Qutadqu bilik”dən təsirlənməsi kimi qiymətləndirilə bilər.

Kərdəri Mahmudun “Nəhcül-fəradis”, İslamın “Muinül-mürid”, Xarəzminin “Məhəbbətnamə”, Durbəkin “Yusif və Züleyxa” əsərlərinin türk dilində yazılması XIV əsr özbək ədəbiyyatında türk dilinin aparıcılığını təsdiq edirdi. Ətai, Səkkaki, Lütfi və digər sənətkarların sayəsində XV əsr özbək ədəbiyyatında lirik şeir tərzi yeni mərhələyə qədəm qoydu. Ətai və Səkkakinin simasında özbək ədəbiyyatında qəzəlin, qəsidənin, rübainin, qitənin mükəmməl nümunələri yarandı. Lütfi lirik janrda olduğu kimi epik sahədə də uğurlu nəticələr göstərə bildi. O, “Gül və Novruz” əsəri ilə aşiqanə-qəhrəmanlıq mövzusunda poemanın parlaq nümunəsini yaratmış oldu.

XV əsr özbək ədəbiyyatı üçün ən möhtəşəm göstərici Əlişir Nəvai yaradıcılığıdır. Onun 50 min misralıq türkcə 4 divanı, 10 min misralıq farsca 1 divanı, 25 min 620 beytlik türkcə “Xəmsə”si, müxtəlif həcmli təxminən 20 elmi-fəlsəfi əsəri Əlişir Nəvainin ədəbi şöhrətini təkcə özbək ədəbiyyatında deyil, Şərq ədəbiyyatında da təsdiqləmək üçün kifayət edir. XIV əsrin sonlarında özbək şairi Qütbün N.Gəncəvinin “Xosrov və Şirin” poemasını, XV əsrin əvvəllərində Xarəzminin isə “Sirlər xəzinəsi” poemasını özbək dilinə tərcümə etmələri orta əsrlər Azərbaycan-özbək ədəbi əlaqələrinin mövcudluğundan xəbər verirdi.

XVI əsrdə Cağatay ədəbiyyatı Orta Asiyada Şeybanilər, Hindistan bölgəsində isə Babirlər tərəfindən inkişaf etdirilmişdir. Bu dövrün ən böyük əbədi yadigarı Mühəmməd Salihin “Şeybaninamə” və Mühəmməd Babirin “Baburnamə” əsərləridir. Şeybani xanın türkcə divanı, “Bəh- rül-xuda” adlı dini-əxlaqi mənzuməsi, Ubeydulla xanın “Qeyrətnamə”, “Səbrnamə”, “Şövqnamə” adlı məsnəviləri, Kamran Mirzənin türkcə divanı və s. əsərlər Cağatay ədəbiyyatının ən gözəl nümunələridir. Əbülqazi Bahadır xanın yazdığı “ Şəcəreyi-tərakimə” və “Şəcəreyi-türkü” adlı əsərləri Orta Asiya türkcəsiylə yazılan orijinal nəsr örnəklərindən biridir . “Şəcəreyi-tərakimə”də “Oğuznamə”lər, türk tayfaları, müəyyən tarixi əhvalatlar və s. barədə məlumatlar yer alır. “Şəcəreyi-türkü” isə XV əsrin II yarısından 1663-cü ilə qədər Xarəzmə hakim olmuş özbək xanı Yadigaroğullarının şəcərə tarixini əks etdirir.

XVII-XVIII əsrlərdə özbək ədəbiyyatı Turdı, Məşrəb, Məxmur və Gülxanının simasında yeni mərhələyə qədəm qoydu. Bu dövr poeziyası üçün ictimai-siyasi aktivlik səciyyəvi idi.

Orta Asiyanın Rusiya tərəfindən işğalı ilə bu regionun ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş verdi. İctimai-siyasi həyat yeniləndiyi kimi, ədəbiyyatda da yeni mövzular, yeni ideyalar və yeni ictimai fikirlər yaranmağa başladı. Mühəmməd Muqumi, Übeydulla Zövgi, Firqət, Əvəz Otaroğlu və s. sənətkarların yaradıcılıqlarında tənqidi realizmin dərinləşməsi, demokratik ideyaların əksi müşahidə olunur. Lakin sovet hakimiyyətinin qələbəsi ilə Özbəkistan daha fərqli yeni ictimai-siyasi və ədəbi-mədəni həyata qədəm qoydu. Müasir özbək ədəbiyyatı dörd böyük mərhələyə bölünür: 1917-1929-cu illər Oktyabr siyasi çevrilişi və vətəndaş müharibəsi dövrləri özbək ədəbiyyatı; 1929-1941-ci illər sosialist cəmiyyəti quruculuğu dövrü özbək ədəbiyyatı; 1941-1956-cı illər İkinci Dünya müharibəsi və müharibədən sonrakı quruculuq illəri özbək ədəbiyyatı; 1956-1991-ci illər yeni dövr özbək ədəbiyyatı.

Keçmiş sovet ölkəsinin digər xalqları kimi özbəklər də 70 il sosialist düşərgəsində yaşamış, özlərinin mədəniyyət və ədəbiyyatını sovet ideologiyasının tələbləri daxilində inkişaf etdirməyə məcbur olublar. Yalnız 1991-ci ilin 31 avqustunda dövlət müstəqilliyi elan olunmuş və sentyabrın 1-i Özbəkistan Respublikasının müstəqillik günü kimi tarixə əbədi həkk olunub. Ona görə də 1992-ci ildən etibarən yeni milli-bədii təfəkkür və əxlaqi görüşlərə, xəlqi, eyni zamanda müstəqillik ideallarına söykənən və bunlara möhkəm tellərlə bağlı olan ən yeni dövr özbək ədəbiyyatı da formalaşmağa başlayıb. H.Niyazi, A.Qədiri, Çolpan, M.Aybək, Abdulla Qəhhar, Ş.Rəşidov, M.Şeyxzadə, Mirtemir, Uyğun, Səid Əhməd, Zülfiyyə, A.Yaqubov, E.Vahidov, A.Arifov, H.Xudayberdiyeva və digər sənətkarlar müasir özbək ədəbiyyatının inkişafında, onun milli və bəşəri ideyalarla zənginləşməsində əhəmiyyətli rol oynayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH