CNN: Vens, Vitkoff və Kuşner İslamabadda keçiriləcək ABŞ–İran danışıqlarında iştirak edə bilər
Bakı, 8 aprel, AZƏRTAC
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens, Prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşnerin İslamabadda keçirilməsi planlaşdırılan İranla sülh danışıqlarında iştirakı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ–İran danışıqları Pakistan nümayəndələrinin vasitəçiliyi ilə İslamabadda keçirilə bilər. Bildirilir ki, hazırda Macarıstanda səfərdə olan Vensin proqramına bu görüş əlavə oluna bilər.
Xatırladaq ki, Pakistanın Baş naziri Şahbaz Şərif aprelin 10-da İran və ABŞ nümayəndə heyətlərini danışıqlar üçün İslamabada dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]