“Conflicts” jurnalının direktoru: Fransada erməni diasporu siyasi alətə çevrilib
Bakı, 31 yanvar, AZƏRTAC
Fransa ilə Azərbaycan arasındakı münasibətləri obyektiv dəyərləndirmək üçün iki ölkə arasındakı emosional əlaqələri də nəzərə almaq vacibdir. Bakı Fransız Liseyinin yaradılması, Azərbaycanın opera və mədəniyyət sahəsində həyata keçirdiyi layihələr Fransaya olan rəğbətin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Conflicts” jurnalının direktoru Gil Mihaeli "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində söyləyib.
Gil Mihaeli vurğulayıb ki, Sovet İttifaqının dağılması ilə Fransadakı erməni diasporu fəaliyyətini genişləndirərək, Qarabağ məsələsini beynəlxalq müstəviyə çıxarmağa çalışıb. Zamanla erməni diasporu siyasi alətə çevrilərək Fransa siyasiləri ilə əlaqələrini daha da gücləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]