Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29 ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında kimlər dayanır? – “EU Today”də məqalə

COP29 ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında kimlər dayanır? – “EU Today”də məqalə

Bakı, 15 oktyabr, AZƏRTAC

Noyabrın 11-dən 22-dək Azərbaycan ilin ən əlamətdar hadisələrindən birinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bakının bu mötəbər tədbirə hazırlaşması üçün cəmi 11 ay vaxtı olmasına baxmayaraq, hökumət öz vəzifələrinin öhdəsindən layiqincə gəlib. Ölkə on minlərlə qonağı, o cümlədən ekspertləri, hökumət strukturlarının nümayəndələrini və dövlət başçılarını qəbul etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə “EU Today” nəşrinin dərc etdiyi məqalədə deyilir.

Məqalənin müəllifi, Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina yazır ki, 2015-ci il Paris Sazişi iqlim dəyişikliyi ilə mübarizədə aparıcı dünya dövlətlərinin səylərini birləşdirdi və 9 il sonra iqlim maliyyələşdirməsinin əsas müzakirə mövzusu olacağı effektiv platforma qismində Bakı şəhəri seçildi.

Məqalədə qeyd olunur: “Bundan əlavə, COP29 zamanı Azərbaycanın atəşkəs təşəbbüsünü 127 ölkə dəstəkləyib. Azərbaycanın namizədliyini dəstəkləmək üçün Ermənistanın COP29-a ev sahibliyi etməklə bağlı namizədliyini geri götürməsi də mühüm amil olub. Bakı bütün ölkələri, o cümlədən Ermənistanı konfransda iştirak etməyə dəvət edib. Çoxları bunu təxminən otuz ildir münaqişədə olan ölkələr arasında münasibətlərin normallaşması prosesi istiqamətində yaxşı əlamət kimi qiymətləndirib. Amma Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən, yeni müharibənin qızışdırılmasında maraqlı olan qüvvələr də var. Açıq desək, bir sıra Qərb ölkələrində Qafqazda sülhə açıq şəkildə qarşı çıxan, Azərbaycanı qaralamağa çalışan da məhz erməni diasporu və onların lobbisidir. COP29-a bir aydan da az vaxt qalıb və sosial şəbəkələrdə, bir sıra Qərb mediasında siyasi kontekstdə Azərbaycana qarşı açıq-aşkar mənfi tendensiya müşahidə olunur. Ölkənin imicinə xələl gətirmək məqsədi daşıyan bu kampaniyaya dezinformasiya, faktların təhrif edilməsi və ictimai rəyin manipulyasiyası daxildir”.

Lavrina qeyd edir ki, Qarabağdan olan separatçıların həbsi ilə əlaqədar hadisələr kontekstində guya etnik təmizləmə ilə bağlı dezinformasiyalar yayılır. Bu cür rəvayətlərin formalaşması çox vaxt faktların şişirdilməsi və ya təhrif edilməsinə, habelə münaqişə vəziyyətinin emosional aspektlərinin manipulyasiyasına əsaslanır. Separatçıların həbsinə diqqət çəkməklə yanaşı, onların müharibənin planlaşdırılmasında, beynəlxalq hüququn pozulmasında, terrorizmdə və bir sıra digər cinayətlərdə iştirakı barədə məlumatlar isə gözardı edilir. Azərbaycanın Rus İcması sədrinin birinci müavini vurğulayıb ki, qondarma “Dağlıq Qarabağ Respublikası” heç bir ölkə, o cümlədən Ermənistan tərəfindən tanınmayıb və orada fəaliyyət göstərən separatçı rejim qeyri-qanuni hesab edilib.

Müəllif əlavə edir ki, Ermənilərin Qarabağı tərk etmək barədə könüllü qərarını etnik təmizləmə adlandıran erməni lobbisi Azərbaycanı dünya ictimaiyyətinin gözündə nüfuzdan salmağa çalışır. O, BMT-nin həmin hadisələrdən dərhal sonra bölgəyə səfər etmiş rəsmi missiyasının hesabatında məlumatın öz təsdiqini tapmadığını xatırladır. Əksinə, mülki ictimai infrastruktura heç bir ziyan dəyməyib və mülki şəxslərə qarşı hər hansı zorakılıq halları olmayıb.

“Erməni diasporu Bakıda COP29-un keçirilməsinə mane olmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasında öz lobbiçilərindən istifadə edir, halbuki, hazırkı şəraitdə Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması üzrə yaxşı imkanlar mövcuddur. Məhdud dairələrdə geniş tanınan Ani Boyacyanın vitse-prezident postunu tutduğu “Freedom House” təşkilatı “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” sərlövhəli hesabat hazırlayıb. Eyni zamanda, heç bir bəyanatda deyilmir ki, ermənilərin hamısı Qarabağı tərk etməyib; bəziləri qalıb və Azərbaycan vətəndaşlığını qəbul edib. Geri qayıtmaq istəyən ermənilərə də Azərbaycan vətəndaşlığını qəbul etmək kifayətdir. Nəzərə alsaq ki, münaqişə zamanı ölkədə etnik ermənilər yaşayıb, Bakıda erməni kilsəsi fəaliyyət göstərib, onda Azərbaycanın səmimi niyyətinə şübhə etmək olmaz. Öz növbəsində, uzun illərdir ki, Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Münaqişənin əvvəlində yüz minlərlə insan zorla deportasiya edilib”, - deyə məqalədə qeyd olunur.

Materialda qeyd olunur ki, ABŞ Konqresinin hər iki palatasındakı erməni lobbisi bu günlərdə xeyli fəallaşıb; gah Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını tələb edən qanunvericilik təşəbbüsləri irəli sürür, gah da Ermənistana yüz milyonlarla dollar dəyərində yardım paketinin ayrılmasına nail olmağa cəhd edir. Həmin kampaniyanın əsas təşkilatçısı öz ardıcıllarını və lobbiçilərini bu prosesə cəlb edən Amerika Erməni Milli Komitəsidir (ANCA). Sistem vasitəsilə daxil olan tezislər əsasında avtomatik olaraq anti-Azərbaycan məqalələri yazan botlar ordusu ilə yanaşı, Fransadakı erməni diasporu da xeyli fəallaşıb.

“COP29-un əsas vəzifələrindən biri ətraf mühiti qorumaq üçün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin maraqları kontekstində kompromis əldə etməkdir. Azərbaycan çətin geosiyasi şəraitdə öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və demək olar ki, dərhal Ermənistanla sülh sazişinin bağlanması üçün işə başladı. Erməni lobbisi Azərbaycanı ləkələmək cəhdləri ilə yalnız öz siyasi məqsədlərini güdür. Konfrans istənilən halda baş tutacaq, lakin bunun regionda çoxdan gözlənilən sülhün bərqərar olması yolunda yaxşı imkan olub-olmayacağı məhz Ermənistanın düşünməli olduğu sualdır”, - deyə müəllif məqalənin sonunda vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı