COP29 konfransında iştirak üçün indiyədək qeydiyyatdan keçənlərin sayı açıqlanıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Bu gün səhərə olan rəqəmlərə əsasən, 28 mindən çox iştirakçı COP29 konfransında iştirak üçün qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, bu sözləri COP29 Təşkilat Komitəsinin üzvü, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova söyləyib.
N.Carçalova bildirib ki, onlardan 2700-ə yaxını media nümayəndəsidir. Digərləri QHT-lər, müxtəlif müşahidəçi beynəlxalq təşkilatların təmsilçiləri və digər qonaqlardır.