COVID-19: Fransada 13 750 yeni yoluxma qeydə alınıb
Paris, 11 dekabr, AZƏRTAC
Fransada son sutkada COVID-19 infeksiyasına 13 750 yeni yoluxma və 297 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilir ki, hazırda 25 199 koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində 3 415 ağır vəziyyətdə xəstə var. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 337 966-ya, ölənlərin sayı 56 940-a çatıb. Ölkədə 2 865 qrup yoluxması araşdırılmaqdadır.
Fransada təcridolma rejiminin dekabrın 15-dən yüngülləşdirilməsi nəzərdə tutulsa da, yoluxma sayı azalmadığı üçün komendant saatı artıq əvvəlki kimi yerli vaxtla saat 21:00-dən deyil, saat 20:00-dən başlayacaq. Bütün mədəniyyət obyektləri - kinoteatrlar, tamaşa zalları 3 həftə bağlı qalacaq.
Baş nazir dekabrın 15-dən yeni mərhələnin başladığını və sanitar qaydaların daha da ciddiləşdiyini bildirib. Hökumətin məqsədi gündəlik yoluxma sayının 5 minə qədər azalmasını təmin etməkdir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]