“CTV-Sinema”nın ekranlaşdırdığı “Təlatüm” bədii filminin təqdimatı olacaqdır
Lənlkəran, 12 iyul (AZƏRTAC). Cənub Regional Televiziyasının (CTV) nəzdində fəaliyyət göstərən “CTV-Sinema”nın istehsal etdiyi “Təlatüm” bədii filminin təqdimatı olacaqdır.
AZƏRTAC xəbər verir ki, iki insan qrupunun fərqli həyat tərzindən bəhs edən filmdə cəmiyyətdə baş verənlərə dözməyib səsini ucalda bilməyənlərin, çıxış yolunu içkiyə qurşanmaqda görənlərin və narkomaniyaya aludə olaraq həyatda özlərini itirənlərin faciəsi, bu insanların ailə dramları, onlarla birgə bu həyatı yaşamağa məhkum olanların, harınlaşmış mənsəb sahiblərinin özbaşınalığı maraqlı epizodlarla lentə alınmışdır.
Bədii filmdə 40-a yaxın personaj canlandırılmış, kütləvi və döyüs səhnələri çəkilmişdir.
Filmin ssenari müəllifi Bəxtiyar Axundov, rejissoru Şamil Muradovdur.
Baş rolları Xalq Artisti Qabil Quliyev, aktyorlardan Orxan Cahangir və Gülər Kərimova ifa edirlər.
Filmin çəkilişlərinə 2010-cu ilin martında başlanılmış, oktyabr ayında başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [16:25]
Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb
- 17.06.2026 [15:34]
Lyublyanada “Onların Mehdisi, bizim Mixaylo” sənədli filminin təqdimatı olub
- 17.06.2026 [15:22]
“İRS” layihəsinin təqdimatı olub
- 17.06.2026 [14:42]
Xalq artisti Vamiq Məmmədəliyevin 80 illik yubileyi qeyd olunub
- 17.06.2026 [12:28]
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası olub
- 17.06.2026 [11:34]