Cüdo üzrə Azərbaycan komandası "Bakı-2017"yə qələbə ilə başlayıb
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarının üçüncü günündə Heydər Əliyev adına İdman Sarayında tatami üzərinə çıxan kişilərdən ibarət Azərbaycan yığma komandası ilk görüşündən qələbə ilə ayrılıb.
AZƏRTAC xəbər verir ki, milli komandamız Qırğızıstan seçməsinə böyük hesabla qalib gəlib - 5:0.