Cüdoçularımız Abu-Dabidə “Böyük dəbilqə” beynəlxalq turnirində mübarizə aparacaqlar
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Abu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri start götürəcək. Yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan milli komandasının üzvləri də mübarizə aparacaqlar.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, üç gün davam edəcək turnirdə ölkəmizi Oruc Vəlizadə, Mehman Sadıqov (60 kq), Vüqar Şirinli, İlqar Müşkiyev (66 kq), Rüstəm Orucov, Fəqan Quluzadə (73 kq), Elvin Əhmədli, Ruslan Fərruxzadə (-81 kq), Tural Səfquliyev, Firudin Dadaşov (-90 kq), Elxan Məmmədov və Cəlil Şükürov (-100 kq) təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]