Cüdoçumuz Rüstəm Orucov “World Masters” turnirinin finalına yüksəlib
Bakı, 15 dekabr, AZƏRTAC
Bu gün Çinin Quançjou şəhərində cüdo üzrə “World Masters” turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəkidə mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Onun qızıl medal uğrunda görüşdə rəqibi kanadalı Artur Marjelidon olacaq.
İki gün davam edəcək turnirdə daha 4 cüdoçumuz tatami üzərinə çıxacaq. Dekabrın 16-da Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]