Dağıstanda daşqınla əlaqədar hepatit A-ya qarşı peyvəndləmə aparılır
Bakı, 6 aprel, AZƏRTAC
Dağıstanda həkimlər daşqınla əlaqədar gücləndirilmiş rejimdə çalışırlar, əhali hepatit A-ya qarşı peyvənd olunur.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, respublikada baş verən daşqın nəticəsində iki feldşer-mama məntəqəsi zədələnib, stasionar tibb müəssisələri isə adi rejimdə fəaliyyət göstərir.
“Dağıstanda həkimlər daşqından zərər çəkmiş rayonların əhalisinin hepatit A-ya qarşı peyvəndlənməsini həyata keçirirlər. Tibbi xidmətlər gücləndirilmiş rejimdə işləyir”, – deyə Rusiyanın səhiyyə naziri Aleksey Kuznetsov bildirib.
Nazirin sözlərinə görə, ehtiyatda olan çarpayı sayı əhaliyə planlı və təcili tibbi yardım göstərilməsi üçün kifayət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]
İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq
- 04.06.2026 [16:29]
Aleksandr Novak: Rusiyanın neft hasilatı azalıb
- 04.06.2026 [16:08]