Dağıstanda qeyri-sabit hava şəraiti yüzə yaxın təhsil müəssisəsinə ziyan vurub
Bakı, 16 aprel, AZƏRTAC
Dağıstanda baş verən torpaq sürüşmələri və daşqınlar dörd təhsil müəssisəsini tam sıradan çıxarıb, təxminən daha 100 obyektə ziyan dəyib.
AZƏRTAC “İnterfaks”a istinadla xəbər verir ki, ziyanın qiymətləndirilməsi davam edir.
Dağıstanda martın 28-də və aprelin 4-5-də baş verən güclü yağışlar böyük daşqınlara səbəb olub. Daha sonra regionda federal səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Son məlumata görə, respublikada 9 825 ev su altında qalıb, 7 126 mənzil isə zərərçəkmiş hesab olunub. Daşqın nəticəsində altı nəfər ölüb, 6,2 mindən çox insan zərər çəkib.
Suyun səviyyəsinin qalxması nəticəsində Dağıstanın Dərbənd rayonunda federal əhəmiyyətli yolun bir hissəsini su basıb. Gejuxa su anbarında bəndin uçması səbəbindən Dərbənd rayonunun dörd mikrorayonundan 4 mindən çox insan təxliyə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]