Dağıstanda yağışların ziyan vurduğu bəzi avtomobil yollarında məhdudiyyətlər qalmaqdadır
Moskva, 9 aprel, AZƏRTAC
Dağıstanda güclü leysan yağışlarının ziyan vurduğu bəzi avtomobil yollarında məhdudiyyətlər qalmaqdadır.
AZƏRTAC xəbər verir ki, Dağıstan Avtomobil Yolları İdarəsinin məlumatına görə, zədələnmiş 51 avtomobil yolundan 12-si bağlıdır, 21-də bərpa işləri tamamlanıb, 18 yerdə isə alternativ yollar təşkil edilib. Fəsadların aradan qaldırılmasına 36 xüsusi texnika və 70 işçi cəlb olunub.
Dağıstan Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Mərkəzinin məlumatına görə, respublikada hava şəraitinin yenidən dəyişəcəyi gözlənilir. Bununla bağlı əhaliyə xəbərdarlıq edilib.
Xatırladaq ki, güclü yağışlar nəticəsində Dağıstanda 6 nəfər həlak olub, zərərçəkənlərin ümumi sayı 6,2 min nəfərdən çoxdur. Mahaçqala, Kaspiysk, Xasavyurt və Dərbəndə daha çox ziyan dəyib, onlarla ev su altında qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]