Dağlıq Qarabağda azərbaycanlı girovlar üzərində qurulan “məhkəmə” qanuni hesab edilə bilməz
Bakı, 19 noyabr, Aidə Quluzadə, AZƏRTAC
Dağlıq Qarabağda azərbaycanlı girovlar üzərində qurulan “məhkəmə” qanuni hesab edilə bilməz.
AZƏRTAC xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Georgi Sereteli deyib. G.Sereteli bildirib: “BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktını nəzərə alaraq deyə bilərik ki, keçirilən “məhkəmə” qanunsuzdur”.
Girovlarla bağlı məsələnin hələ ATƏT Parlament Assambleyasında müzakirə edilmədiyini deyən G.Sereteli vurğulayıb ki, bu, beynəlxalq prinsiplərə və qanuna uyğun bir proses olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]