Daha 350 nəfərə yaxın vətəndaşımız Gürcüstandan ölkəmizə təxliyə ediləcək
Tbilisi, 13 sentyabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi daha 350 nəfərə yaxın vətəndaşımızın ölkəmizə təxliyəsini həyata keçirəcək. Onların arasında Azərbaycan vətəndaşları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkiyə və Ukrayna vətəndaşları olan azərbaycanlılar da var.
AZƏRTAC xəbər verir ki, təxliyə olunacaq şəxslər sentyabrın 13-də Gürcüstandakı klinikaların birində koronavirusla bağlı test veriblər. Testlərin cavabı 24 saat ərzində məlum olacaq. Test cavabı neqativ olan şəxslər səfirlikdən COVID-19 arayışı alacaqlar. Sənəd 48 saat ərzində qüvvədə olacaq.
Təxliyə olunan şəxslər sentyabrın 14-də səfirliyin qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.
Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək səfirlik 2 mindən çox azərbaycanlının Gürcüstandan təxliyəsini həyata keçirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
- 01.10.2026 [12:13]