DAHİ LİDERİMİZ, ƏVƏZOLUNMAZ ŞƏXSİYYƏT HEYDƏR ƏLİYEV ŞAMAXIDA DA ANILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayon mərkəzində təşkil olunmuş mərasim dahi öndərimiz Heydər Əliyevin ruhuna duaların oxunması və Quran tapşırılması ilə başlanmışdır. Sonra minlərlə rayon sakini Heydər Əliyevin xatirə guşəsini ziyarət etmiş və onun portreti önünə əklil, təzə-tər güllər qoymuşlar.
Şamaxı Cümə məscidində, “Pərvin”, “Şamo”, “Mehmanxana” və digər ictimai iaşə obyektlərində, əhalinin daha çox toplaşdığı yerlərdə çadırlar qurulmuş, rayonun polis, təhsil, səhiyyə şöbələri, mərkəzi xəstəxana, şəhər bələdiyyəsi, rayon poçtamtı tərəfindən ehsan süfrələri təşkil olunmuş, Şamaxı şəhərində yerləşən internat evinə ehsan payı göndərilmişdir.
Bu cür mərasimlər rayonun bütün kənd və qəsəbələrində də keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]