DAİMİ KOMİSSİYANIN İCLASINDA
“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Qanunun tətbiqi ilə əlaqədar isə “Hərbi qulluqçuların statusu haqqında” Qanuna, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavələrin edilməsi nəzərdə tutulmuşdur.
Həmin əlavələrdə deyilir ki, qan və ya qan komponentlərini hər dəfə pulsuz verən donorlara orta əmək haqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Donor bu istirahət günündən istədiyi vaxt istifadə edə bilər. Hərbi qulluqçular isə qan verdikləri gün hərbi xidmətin bütün növlərindən azad olunurlar. İnzibati Xətalar Məcəlləsinə edilən əlavədə isə xəstəliyini gizlədərək, qan verənlər barədə sanksiyalar nəzərdə tutulur.
Deputatların rəy və təklifləri dinlənildikdən sonra, layihələrin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.