Danimarkada ÜDM-in əhəmiyyətli dərəcədə azalacağı gözlənilir
Stokholm, 19 iyun, AZƏRTAC
Danimarkada ümumi daxili məhsulun əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, Danimarka Milli Bankının yeni proqnozunda COVID-19-a qarşı mübarizə prosesinə sosial təcrid qaydaları da daxil olmaqla bir sıra implentasiya qaydalarının əlavə edilməsi Krallığın iqtisadiyyatının 2020-ci ildə ciddi tənəzzülə uğramasına gətirib çıxaracağı bildirilib.
Bankın hesablamalarına görə, ümumilikdə Danimarkada ümumi daxili məhsul 4,1 faiz azalacaq.
“Cəmiyyətin qapanması işsizlik səviyyəsini bir neçə ay ərzində xeyli yüksəldib. Bu səbəbdən iqtisadiyyatın bərpa prosesinin uzunmüddətli olacağı gözlənilir”, - deyə Danimarka Milli Bankının direktoru Lars Rode söyləyib.
Proqnozda qeyd olunur ki, tərəqqiyə 2021-ci ildə nail olmaq və iqtisadi fəallığın qismən bərpa edilməsini stimullaşdırmaq məqsədilə bu yaxınlarda Danimarka hökuməti iqtisadiyyatı inkişaf etdirmək istiqamətində görəcəyi tədbirlər planını genişləndirib. Danimarka Milli Bankında hesab edirlər ki, bu tədbirlər işgüzar fəallığın daha rəvan mərhələsinə keçməyə imkan yaradacaq. Lakin iqtisadiyyatın bərpası gözlənildiyindən daha aşağı templə davam edərsə, onda gələcəkdə - həm 2021-ci, həm də 2022-ci illərdə sağlamlaşdırma tədbirlərinin görülməsinə ehtiyac yaranacaq.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm