Danimarkada Xocalı faciəsi qurbanlarının xatirəsi anılacaqdır
Bakı, 21 fevral (AZƏRTAC). Fevralın 26-da Danimarkanın məşhur “Avedovre” kitabxanasında Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı anma mərasimi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Danimarkadakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçiriləcək mərasimdə ermənilərin xalqımıza qarşı törətdikləri qanlı cinayətlər barədə ətraflı məlumat veriləcək, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına dair müzakirələr aparılacaqdır.
Bundan əlavə, tədbir iştirakçılarına Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri barədə ətraflı məlumat veriləcək, ermənilərin Xocalının dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklərindən bəhs edən kitab və bukletlər paylanacaq, hadisənin dəhşətlərini əks etdirən filmlər göstəriləcəkdir.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində keçiriləcək mərasimdə yerli ictimai-siyasi təşkilatların, bir çox dərnəklərin təmsilçiləri, bu ölkədə yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]