Daşkənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Daşkənd, 19 yanvar (AZƏRTAC). Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzi (RAMM) 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar mərasim keçirmişdir. Tədbirdə Azərbaycan diasporunun üzvləri, Özbəkistanın tanınmış yazıçı və alimləri iştirak etmişlər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən RAMM-in sədri Mobil Məmmədov 20 Yanvar faciəsi haqqında məlumat vermişdir. O bildirmişdir ki, 22 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun zirehli texnikası və müasir silahlarla təchiz olunmuş əsgərləri silahsız insanları -qocaları, qadınları və uşaqları qanlarına qəltan etmişlər. Həlak olanların içində 13 yaşlı uşaq da 77 yaşlı ağbirçək ana da vardır.
Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev, Şövkət Əliyeva və başqaları sovet qoşunlarının Bakıda törətdikləri vəhşilikləri pisləmiş, Qanlı Yanvar faciəsini törədənlərin ünvanlarına ittihamlar səsləndirmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]