“Dassault Aviation” istehsalı sürətləndirmək üçün yeni zavod açıb
Paris, 4 yanvar, AZƏRTAC
“Dassault Aviation” şirkəti Val-d’Uaz departamentinin Serji şəhərində yeni zavodunu istifadəyə verib. 100 milyon avrodan çox investisiya hesabına tikilən müəssisə Fransanın əsas döyüş təyyarəsi olan “Rafale”in istehsalını sürətləndirməyi hədəfləyir. Bu addım sifariş portfelinin rekord səviyyəyə çatdığı bir dövrdə atılıb.
AZƏRTAC xəbər verir ki, şirkətin baş direktoru Erik Trappyenin bildirdiyinə görə, bu, “Dassault Aviation”un son 50 ildə açdığı ilk tamamilə yeni zavoddur. 40 min kvadratmetr ərazidə yerləşən müəssisədə “Rafale” və “Falcon” təyyarələri üçün füzelyaj detalları istehsal olunur.
Hazırda zavod ayda dörd “Rafale” üçün gövdənin qabaq hissəsini istehsal edir. Gələcəkdə bu göstəricinin beşə çatdırılması planlaşdırılır. Yeni sənaye obyektinin açılması “Dassault”nun artan beynəlxalq tələbatı qarşılamaq və istehsal zəncirinə daha yaxşı nəzarət etmək strategiyasının əsas hissəsi kimi qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]