İDMAN
David Kostelevski: Birinci Avropa Oyunlarında idmançılar üçün ideal şərait yaradılıb
![David Kostelevski: Birinci Avropa Oyunlarında idmançılar üçün ideal şərait yaradılıb](/files/2015/2/1200x630/14345560735303032353_1200x630.jpg)
Bakı, 17 iyun, Əziz Məmmədov, AZƏRTAC
Bakıda birinci Avropa Oyunlarında idmançılar üçün ideal şərait yaradılıb. Yeməkxanada idmançılara dünyanın müxtəlif ölkələrinin, habelə zəngin Azərbaycan mətbəxinin yeməkləri təklif olunur. Bundan əlavə, Atletlər Kəndində əyləncə mərkəzi fəaliyyət göstərir. Burada stolüstü tennis, bilyard və virtual qolf üçün oyun zalları var. İdman zalında onlarca müxtəlif trenajor var. Bu sözləri birinci Avropa Oyunlarının stend atıcılığı üzrə iştirakçısı, Çexiya atleti David Kostelevski AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib. O daha sonra deyib: “İdmançılara, məşqçilərə, tibbi yardıma ehtiyacı olanlara xüsusi diqqət yetirilir”.