David Matikaşvili: Estoniyanın Gürcüstanın daxili işlərinə qarışmağa haqqı yoxdur
Tbilisi, 23 yanvar, AZƏRTAC
“Estoniyanın hazırkı hakimiyyəti hər cür rasional yanaşma çərçivəsindən kənara çıxıb. Bu, bəzi Avropa ölkələrində mövcud olan agentokratiyanın açıq nümunəsidir. Onlar Gürcüstanın daxili işlərinə qarışmaq səlahiyyətinə malik deyillər”.
AZƏRTAC xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatı David Matikaşvili Estoniya parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi bəyanata münasibət bildirərək söyləyib.
Onun sözlərinə görə, Estoniyanın Gürcüstanın daxili işlərinə müdaxilə etməyə haqqı yoxdur. Dünya siyasətində yeni reallıqlar formalaşıb və hər bir ölkə öz suverenliyinin gücləndirilməsi üçün çalışmalıdır.
Deputat Gürcüstanın bütün legitim addımlarının ABŞ tərəfindən tanındığını vurğulayaraq Avropa parlamentlərini bu siyasətə diqqət yetirməyə çağırıb.
Qeyd edək ki, Estoniya parlamenti Gürcüstanın Prezidentinin, parlamentinin və hökumətinin legitimliyini tanımadığına dair bəyanat qəbul edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:02]
Elektromobillər Çində havanın çirklənməsini azaldır
- 08.06.2026 [12:01]
İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib
- 08.06.2026 [11:58]
Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər
- 08.06.2026 [11:35]
Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb
- 08.06.2026 [11:22]
İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb
- 08.06.2026 [11:21]
Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər
- 08.06.2026 [10:34]
Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb
- 08.06.2026 [10:24]
Yaponiyada sunami xəbərdarlığı elan olunub
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [23:18]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [23:04]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:49]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [21:36]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:29]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:23]