Daxili işlər naziri Astarada vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 4 iyul, AZƏRTAC
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 30-da Astara Rayon Polis Şöbəsinin inzibati binasında Astara, Yardımlı, Lerik, Masallı və Lənkəran şəhər və rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı iyulun 29-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Müraciət etməyə gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:18]
Məktəblərdə etik mühit və şagird davranışları VİDEO
- 09.06.2026 [16:58]