Daxili işlər naziri Gəncədə vətəndaşlarla görüşmüşdür
Bakı, 7 may (AZƏRTAC). Xəbər verildiyi kimi, daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 15-dən başlayaraq bölgələrdə vətəndaşlarla görüş keçirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, növbəti görüş mayın 7-də Gəncə şəhərində olmuşdur.
Gəncə Şəhər Polis İdarəsində Gəncə şəhəri, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy və Qazax rayonlarının bir qrup sakini ilə görüşən nazir onların müraciətlərini dinləmiş, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyəti üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar vermişdir.
Daxili işlər naziri tərəfindən qəbul edilən 33 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həll edilmişdir.
General-polkovnik Ramil Usubov qalan ərizə və şikayətlərin də mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə araşdırılacağını və konkret tədbirlər görüləcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]