Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında siravi və kiçik rəis şəxsi heyəti vəzifələrində xidmət etmək arzusunda oaln gənclərin növbəti sıra baxışını keçirib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 214 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb, onlardan 28-i Vətən müharibəsi iştirakçılarıdır.
Gənclər qarşısında çıxış edən nazir seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.