Daxili işlər orqanlarının əməkdaşları ötən gün 53 cinayətin üstünü açıblar
Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 27-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:22]
Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır
- 08.10.2026 [12:09]
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb
- 08.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [11:03]