DƏMİR YOLUNUN BƏZİ STANSİYALARININ ADLARI DƏYİŞDİRİLMİŞDİR
Dövlət Dəmir Yolunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, stansiyaların adlarında aşağıdakı dəyişikliklər edilmişdir: Qazıməmməd (kod 554202) - Hacıqabul, Duvannı (kod 548409) - Qobustan, Znoynı (kod 552724) - Xıdırlı, Hacıyev (kod 554310) - Qaracu, Montin (kod 547016) - Nərimanov, Fioletov (kod 547020) - “Platforma 2-ci kilometr”.
Yuxarıda göstərilən stansiyaların yeni adlarına əsasən, 4 nömrəli rəhbər tarifə və digər rəhbər sənədlərə dəyişikliklər edilmişdir.
Adların dəyişdirilməsi ilə bağlı Milli Elimlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna, Qaradağ, Nərimanov və Hacıqabul rayonlarının icra hakimiyyətlərinə, MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasına məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:12]
® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]