Dəmir yolunun Qobustan və Hacıqabul stansiyalarında yeni yoldəyişənlər quraşdırılır
Bakı, 21 iyun, AZƏRTAC
Dəmir yolunun Qobustan və Hacıqabul stansiyalarında yeni yoldəyişənlər quraşdırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.
Xatırladaq ki, ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb və bu günə kimi 170 yoldəyişən yenisi ilə əvəz olunub. Hazırda Qobustan və Hacıqabul stansiyalarında 4 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.