Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Azərbaycanın iqtisadi sərvətlərini istismar edən Ermənistanın siyasi rəhbərliyi öz layiqli cəzasını alacaq

Deputat: Azərbaycanın iqtisadi sərvətlərini istismar edən Ermənistanın siyasi rəhbərliyi öz layiqli cəzasını alacaq

Bakı, 3 noyabr, Səadət Hakıyeva, AZƏRTAC

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindəki zəngin təbii sərvətlərimizi talan etməklə ölkəmizə milyardlarla dollar həcmində zərər vurub. Qarabağın iqtisadi resursları həddindən artıq zəngin və tükənməyən mənbələrdir. Azərbaycanın işğal olunmuş torpaqlarında 160 növ qiymətli metal yatağı qalıb. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daş və digər yataqlar mövcuddur. İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 növ qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları yataqları yerləşir.

Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardakı Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı İstisu, Aşağı İstusu, Mozçay, Qoturlu, Çilkəz, Narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay zəngin sərvətə malik yataqlardır. Həmin yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 18 milyon 432 min kubmetr üzlük daşı, 23 milyon 243 min kubmetr gil, 57 milyon 965 min ton tikinti daşı, 96 milyon 987 min ton qum-çınqıl, 1898.4 ton civə, 4 milyon 473 min kubmetr perlit, 2 milyon 144 min kubmetr pemza, 129 milyon 833 min kubmetr soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və sair iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

A.Hüseynov qeyd edib ki, Azərbaycanın zəngin təbii sərvətləri Ermənistan üçün uzun illər xarici valyuta gətirən, büdcəsini dolduran əsas iqtisadi mənbələrə çevrilib. Təbii ki, düşmən ölkə həmin mənbələrin istismar edilməsi üçün yerli sərmayələr olmadığından bu prosesi birbaşa xarici şirkətlərin və müştərək müəssisələrin köməyi ilə həyata keçirib. Azərbaycanın müvafiq dövlət orqanlarında bununla bağlı təkzibolunmaz dəlillərin və bu prosesdə xarici şirkətlərin iştirakına dair çoxsaylı faktların mövcudluğuna diqqət çəkən deputat qeyd edib: “Konkret faktlar təsdiq edir ki, Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasında qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metal konsentratlarının xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunur. Bunu işğaldan azad olunmuş Zəngilan rayonun ərazisində yerləşən Vejnəli qızıl yatağı ərazisindəki istismar işləri və digər maddi sübutlar da təsdiqləyir. Azərbaycana məxsus bu yataqda hələ keçmiş sovetlər dövründə - 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf edilib. 1962-1971,1976-1981 və 1983-1984-cü illərdə geoloji-axtarış və kəşfiyyat işləri aparılmış, 1984-cü ildə Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına daxil edilib”.

Diqqətə çatdırılıb ki, 1997-ci il avqustun 20-də keçmiş “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “RV Investment Group Sevrvices LLS” arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb və bununla da Zəngilan rayonunda xarici investorlarla birgə həmin qızıl yatağında hasilata başlamaq üçün beynəlxalq hüquqi bazanın əsası qoyulub. Ancaq Söyüdlü, Qızılbulaq və Vejnəli yataqları Ermənistanın işğalı altında olduğundan bu hasilat zonasında işlərin aparılması mümkün olmayıb.

A.Hüseynovun sözlərinə görə, Ermənistan havadarlarına arxalanaraq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində qanunsuz istismarla məşğul olmuş, respublikamızın milyardlara dollar sərvətini xaricə daşıyaraq böyük həcmdə valyuta əldə edib. Həmin cinayətkar dəstənin üzvlərindən biri İsveçrənin məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən və baş direktoru olan Vartan Sirmakes erməni diasporunun maliyyə donoru hesab edilir. V.Sirmakes “ArmSwissBank” bankının təsisçisidir, bu ölkədə 7 brendə və 14 istehsalat müəssisəsinə sahibdir. O, Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır, rəhbərlərindən biri olduğu “Franck Muller” şirkəti dünyada yeganə nümayəndəliyini məhz Ermənistanda açıb. O, keçmiş prezident Serj Sarkisyanın fərmanı ilə Ermənistanın Fransadakı baş konsulu təyin olunub və “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib. Terroru maliyyələşdirən bu şəxs Kəlbəcərin “Söyüdlü” və Zəngilanın “Vejnəli” yataqlarından oğurlanan qızıl İsveçrə birjalarında satışa çıxarılır, qazanc isə elə həmin ölkənin banklarına yatırılır. Ermənistandan ixrac edilən məhsulların böyük hissəsi Vartan Sirmakesin vətəni olan İsveçrəyə ixrac olunur.

Deputat bildirib ki, 2019-cu ildə Ermənistan məhsullarının ixrac edildiyi ölkələr sırasında ikinci ən böyük paya sahib olan ölkə məhz İsveçrədir - ixracda bu ölkənin payı 17,4 faiz (457 milyon dollar) həcmində olub. “Məlum olduğu kimi, xarici şirkətlər hansısa ölkənin ərazisinə sərmayə qoyarkən, istehsal, emal və sair fəaliyyətlə məşğul olarkən, ilk növbədə, həmin dövlətin qanunlarına hörmət edərək müvafiq sazişlər imzalayır, lisenziya və digər razılıq sənədləri təsdiq edildikdən, parlamentdə ratifikasiya olunduqdan sonra iş və xidmətlərin icrasına başlanılır. Qarabağdakı mədənçıxarma və digər sənaye sahələrində Azərbaycana məxsus faydalı qazıntı yataqlarını istismar etməklə xarici şirkətlər Azərbaycan Respublikasının qanunlarını və beynəlxalq hüququn tələblərini pozub, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olub, bununla da iqtisadi cinayət hərəkətlərinə yol verməklə dövlətimizə küllü miqdarda zərər vurub”.

Aydın Hüseynov vurğulayıb ki, bu, açıq şəkildə Azərbaycanın təbii sərvətlərinin qanunsuz olaraq istismarı və beynəlxalq cinayətdir. Həmin transkontinental cinayətin iştirakçısı olan dövlətlərin - Fransa, Kanada və İsveçrənin vətəndaşı olan ermənilər Azərbaycanın beynəlxalq hüquqla təsbit edilmiş ərazilərindəki sərvətləri talan etməklə quldurluq və ağır iqtisadi cinayətkarlıq əməllərinə görə böyük məsuliyyət daşıyırlar. Təəssüf doğuran haldır ki, bu ölkələrin müvafiq dövlət qurumları, maliyyə və vergi orqanları, habelə hüquq-mühafizə sistemləri həmin iqtisadi cinayətkarlığa biganə qalıb, Azərbaycanın təbii sərvətlərinin talanmasına göz yumaraq bu “vəsaitlərin” mənbəyini heç vaxt soruşmayıblar. Beləliklə, bilərəkdən bu beynəlxalq cinayətlərin daha da artmasına şərait yaradılıb. Bu talanlar hesabına həmin dövlətlərin büdcəsinə oğurluq pullar daxil olub. Bu cür kriminal biznes həm də xaricdəki erməni lobbisi vasitəsilə Qarabağdakı terrorçu qruplaşmaların maliyyələşdirilməsinə, xaricdən muzdlu terrorçuların Ermənistana gətirilməsinə və düşmən ölkənin müasir silahlarla təmin edilməsinə yönəldilib. Bu “biznes” beynəlxalq terrorizmin maliyyələşdirilməsi demək deyilmi?

“Bu fakt isə özünü demokratiya, iqtisadi azadlıq, şəffaflıq, azad biznes və investisiyalar mövzusunda dünyaya meydan oxuyan dövlətlərin açıq saxtakarlığına, çirkli pulların dövriyyəsində xüsusi fəal rol oynamasına sübutdur, eyni zamanda, onların şəffaf sərmayəçi imiclərinə kölgə salır, transkontinental iqtisadi cinayətlərdə birbaşa iştirakını təsdiqləyir. Bu gün Azərbaycanın haqq işinə qarşı çıxan ölkələrin təcavüzkar Ermənistanı müdafiə etməsinin əsas səbəblərindən biri də onların indiyədək bu cür iqtisadi cinayətlərə ortaq olmasıdır. Təəssüf doğuran digər hal odur ki, bu dövlətlərin özləri qanunsuz iqtisadi layihələrə qoşulduğuna görə sanksiyalara məruz qalmalı olduğu halda, saxtakarcasına Türkiyə istehsalı olan dronlarla bağlı sanksiyaların tətbiqinə çalışır. Bu, cinayətkarın cəzasız qalması və azğınlaşaraq beynəlxalq hüquqa qarşı hörmətsizliyi deyilmi?”, -deyə deputat diqqətə çatdırıb.

Aydın Hüseynov bildirib ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində ərazilərimiz işğaldan azad olunur, xalqımıza məxsus milli sərvətlərimiz, o cümlədən Vejnəli qızıl yatağının özümüzə qayıtması Ermənistanı və onun ortaqlarını dərindən narahat edir. Çünki başqasına məxsus olan və dəyəri milyardlarla ölçülən sərvətlər əllərindən çıxır. Fransa, Kanada, İsveçrə və digər ölkələrdən erməni əsilli imkanlı insanlar və ya erməni diasporu ilə əlaqəsi olan bu “iş adamlarına” Azərbaycan dövləti həm də törətdikləri iqtisadi cinayətlərə görə beynəlxalq səviyyədə cinayət işi açmaq tələbi ilə çıxış edəcək. Çünki bu cinayətlərdə Ermənistanın bütün dövlət başçıları birbaşa iştirak ediblər.

Deputat vurğulayıb ki, xarici korporasiyalarla birgə offşor zonalarda yaradılmış saxta şirkətlər Ermənistanın siyasi rəhbərliyinin vasitəsilə təsis olunub. Demək, cinayətkarların siyahısı kifayət qədər genişdir. Robert Köçəryan, Serj Sarkisyan, indiki prezident Armen Sarkisyan, baş nazir Nikol Paşinyan və xarici kriminal şərikləri beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaqlar.

“Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa nəzarətində olan bu məsələ ciddi şəkildə dərindən tədqiq edilir, beynəlxalq kriminal iqtisadi cinayətkarlar barədə digər zəruri materiallar toplanır. İşğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycana vurduğu zərərlərin kompleks qiymətləndirilməsi tam başa çatdıqdan sonra təcavüzkar ölkənin siyasi rəhbərliyi də daxil olmaqla, beynəlxalq iqtisadi cinayətkar dəstənin bütün üzvləri, bu prosesdə iştirak edən xarici şirkətlərin rəhbərləri və onlara dəstək verən siyasi dairələrin nümayəndələri məsuliyyətə cəlb olunacaqlar”, - deyə A.Hüseynov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb