Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Ermənistan iqtisadiyyatı total iflas mərhələsindədir

Deputat: Ermənistan iqtisadiyyatı total iflas mərhələsindədir

Bakı, 4 noyabr, AZƏRTAC

İkinci Qarabağ müharibəsinin 39-cu gününü yaşayırıq. Bu müddət ərzində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir. Sentyabrın 27-dən bu yana işğalçı Ermənistan ordusuna dəyən maddi ziyanın həcmi 3 milyard dollardan artıqdır. Nəzərə alsaq ki, düşmən döyüşlərdə artıq 8 ədəd C-300 zenit-raket kompleksini (ZRK) itirib və onlardan birinin qiyməti 115-160 milyon dollar civarındadır, zənnimizcə, mənzərə tam aydın olar.

Bu fikirlər Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Müharibənin 39-cu günü: Ermənistan iqtisadiyyatı total iflas mərhələsində” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir ki, Ermənistanın maliyyə naziri Atom Cancuqazyan bir neçə gün əvvəl bəyan edib ki, müharibənin hər günü Ermənistan iqtisadiyyatı üçün 30 milyon dollara başa gəlir. Onun hesablamalarına görə, Ermənistan iqtisadiyyatına bu 39 gün ərzində 1 milyard 170 milyon dollar zərər dəyib. Süni şəkildə erməni nazir itkilərinin miqyasını kiçiltməyə can atsa da, yuxarıda qeyd etdiyimiz təkcə C-300 ZRK ilə bağlı Ermənistanın üzləşdiyi itkilərin məbləğinin 920-1280 milyon dollar civarında olduğu danılmaz həqiqətdir. Vəziyyətin belə davam etməsinə Ermənistan iqtisadiyyatı tab gətirə biləcəkmi? Cavab birmənalıdır: əsla! Ermənistan iqtisadiyyatının müharibəyə qədər olan vəziyyətinin təhlili bu nəticəyə gəlməyə əsas verir.

Deputat Ermənistan iqtisadiyyatının total iflas mərhələsində olduğunu faktlarla əsaslandırır. O, ilk növbədə, Ermənistanın 2020-ci il üzrə hərbi büdcəsinin 634 milyon dollar olduğunu diqqətə çatdırır: “Müharibənin 39-cu günündə artıq işğalçı dövlətin təkcə hərbi itkilərinin həcmi (3 milyard dollardan artıq) hərbi büdcədən ən azı 4,7 dəfə çoxdur. İkincisi, 2020-ci ilin birinci yarısında Ermənistan iqtisadiyyatının onsuz da ağır olan vəziyyəti daha dramatik hal alıb. Belə ki, həmin dövr ərzində xəzinəyə vergi daxilolmaları 50 faiz aşağı düşüb. İlin sonunadək ölkədə büdcə kəsiri ən optimist proqnozlara görə, 1 milyard dollar təşkil edəcək. Üçüncüsü, 2020-ci ilin iyul ayında Ermənistanın xarici dövlət borcu tarixinin rekord həddinə - 8 milyard dollara çatıb. Bu reallıq fonunda Ermənistanın strateji valyuta ehtiyatları sonuncu dəfə qeydə alınmış 2,6 milyard dollardan 1,5 milyard dollara enib. Lap yaxın günlərdə həndəsi silsilə ilə artan hərbi xərclərin bu “valyuta”nı tam “yeyəcəyi” aksiom kimi qəbul olunur. Dördüncüsü, “Fitch” Beynəlxalq Reytinq Agentliyi Ermənistanın uzunmüddətli reytinqini aşağı salıb və proqnoz verib ki, bu ilin sonuna ölkəni defolt gözləyir”. Nəhayət, pandemiya Ermənistan iqtisadiyyatının çöküşü prosesinin katalizatoru kimi çıxış edir. Kiçik və orta biznes məhv olmaq mərhələsini yaşayır. Sahibkarlıq subyektləri iflasa uğrayıb. Yoxsulluq və işsizlik dözülməz hal alıb. Ən əsası, insanlar “məğlubiyyət sindromu”nun təsiri altında sabahkı günə inamlarını tam itiriblər. Müharibədə biabırçı məğlubiyyət yaşayan, pandemiyanın cənginə aldığı bu lənətlənmiş ölkəyə heç bir xarici investorun bir sent belə sərmayə qoymayacağı gün kimi aydın həqiqətdir. Erməni lobbi və diasporunun isə məğlub Paşinyan rejimindən üz çevirəcəkləri və deməli, xarici ianələrin artıq Ermənistanın boş xəzinəsinə axmayacağı başqa bir həqiqətdir.

“Bütün bu reallıqlar fonunda Prezident İlham Əliyevin oktyabrın 28-də Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər Ermənistanın siyasi-hərbi rəhbərliyi üçün ciddi siqnal və dərs olmalıdır: “Ermənistan başa düşməlidir ki, o, artıq yolun kənarındadır. Artıq ondan ötrü heç kim vuruşmayacaq. Bəs sonra? Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, onların xalqımızın başına gətirdiyi bütün ağrı-acılara və faciələrə baxmayaraq, biz qarşıdurma istəmirik, biz sülh istəyirik, geosiyasi reallıqlar müsbət istiqamətdə inkişaf etməlidir. Ermənistan öz məhvini özü hazırladı. Amma ziyanın yarısından da qayıtmaq mümkündür. Azərbaycan 30 il gözlədi, amma daha gecdir. Biz böyük qələbənin astanasındayıq. Qarabağ Azərbaycandır!”, - deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub