DƏVƏÇİ RAYONUNUN SAKİNLƏRİ ÖLKƏ PREZİDENTİNİN SİYASƏTİNİ DƏSTƏKLƏYİRLƏR
Rayon sakinləri dövlətimizin başçısı İlham Əliyevi və onun xanımı Mehriban Əliyevanı Heydər bağında böyük səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.
Rayon ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı QƏRİB ORUCOV dövlətimizin başçısına müraciətlə dedi: Cənab Prezident, Sizin Dəvəçi torpağına gəlməyinizi sevinc hissi ilə qarşılayır və yüksək qiymətləndiririk. Ümummilli liderimiz Heydər Əliyev bizim fəxrimiz idi. Biz onun ideyalarına həmişə sadiq olmuşuq. Dəvəçililər həmişə Heydər Əliyev siyasətini dəstəkləmişlər. Bu gün bir daha əmin ola bilərsiniz ki, biz Heydər Əliyevin çörəyinə sadiq qalaraq, onun layiqli davamçısı olan İlham Əliyevin siyasətini dəstəkləyəcəyik. Biz Sizinlə fəxr edirik. Sizin həyata keçirdiyiniz tədbirlər nəticəsində Dəvəçi rayonunda da xeyli iş görülmüşdür. Qəbul etdiyiniz iqtisadi inkişaf proqramlarını ürəkdən bəyənirik. Bunların çərçivəsində burada artıq broyler, xalça fabrikləri işə salınmış, bu müəssisələrdə onlarca dəvəçili işlə təmin olunmuşdur. Biz dəvəçililər Azərbaycan Prezidentinin bütün siyasətini bəyənir və xalqımızın rifahı, ölkəmizin tərəqqisi naminə Sizə uğurlar arzulayırıq. Sizi bir daha salamlayır, Sizə cansağlığı, uzun ömür diləyir, bütün bəlalardan uzaq olasınız deyirik.
X X X
Dövlətimizin başçısı sakinlər qarşısında çıxış etdi.