DEVİD ATKİNSONUN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI HAZIRLADIĞI MƏRUZƏ AZƏRBAYCANI QANE EDİR
Avropa Şurası Parlament Assambleyasının yanvarın 25-də keçiriləcək qiş sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə dinləniləcək.
Milli Məclisdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, məruzə Siyasi İşlər Komitəsində dinlənildikdən sonra sənədə elə bir ciddi dəyişiklik edilməmiş və onun sessiyanın gündəliyinə çıxarılması qərara alınmışdır. Siyasi Büronun yanvarın 11-də Vyanada keçirilən iclasında isə sənədə heç bir dəyişiklik edilməmişdir. Britaniyalı deputat Devid Atkinsonun hazırladığı məruzə Azərbaycanı qane edir.
Sessiyadakı dinləmələrdən sonra AŞ PA-nın Ermənistanla bağlı yeni qərar qəbul edəcəyi gözlənilir. Avropa Şurasının qəbul etdiyi sənədlərdə artıq bir neçə dəfə Ermənistanın təcavüzkar, Azərbaycanın isə təcavüzə məruz qalması faktı öz əksini tapmışdır. Dağlıq Qarabağa dair əsil həqiqətləri özündə əks etdirəcək yeni qərarın qəbulu münaqişənin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə müsbət təsir göstərəcəkdir.
Sessiyada, həmçinin Ukraynada keçirilən prezident seçkıləri, Cənubi Qafqazda vəziyyət və digər məsələlər də müzakirə olunacaqdır.
Azərbaycanın daimi nümayəndə heyəti müzakirə olunan məsələlərə öz münasibətini bildirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]