Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dilçilik İnstitutunda Azərbaycan dili ilə bağlı müzakirə aparılıb

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli kanallara verdiyi müsahibədə Azərbaycan dilinin saflığının qorunması barədə bəyan etdiyi fikirlər AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin iclasında geniş müzakirə olunub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclasda çıxış edən şöbə müdiri Lalə Qurbanova Prezident İlham Əliyevin yad sözlərin dilimizin saflığına zərər vurduğu barədə fikirlərini tamamilə haqlı sayaraq bildirib ki, Hind-Avropa dilləri şöbəsində yerinə yetirilən cari tədqiqatlarda, hind-Avropa dilləri ilə Azərbaycan dili arasında aparılan müqayisəli araşdırmalarda Azərbaycan dili ön planda götürüləcək. Prezident İlham Əliyev Azərbaycan dili haqqında söylədiyi fikirlərlə bütün vətəndaşları bir daha ana dilimizi qorumağa səslədi. Qloballaşan dünyada Azərbaycan dilinə gələn əcnəbi sözlər dilimizin saflığına zərər vurur, min illərin sınağından çıxmış kəlmələri lüğət tərkibindən və eləcə də danışıqdan sıxışdırıb çıxarır. Məhz bu baxımdan da müxtəlif lüğətlərin düzgün tərtib edilməsi və lazımsız alınma sözlərin lüğətlərdən çıxarılması Azərbaycan dilinin inkişafı istiqamətində görülən işlər arasında prioritet addımlardan olmalıdır.

O qeyd edib ki, Azərbaycan dili qədim tarixə malikdir, tarix boyunca dəfələrlə təzyiqlərə məruz qalsa da, yüz illər ərzində öz varlığını qoruyub saxlayıb. Həmçinin Azərbaycan dilinin zəngin lüğət tərkibinin formalaşmasında və inkişaf etməsində yazılan dərsliklərin, bədii əsərlərin, mətbuatın rolu böyükdür.

Dosent Gülşən Axundova bildirib ki, Prezident İlham Əliyev dilimizlə bağlı söylədiyi fikirlərlə bütün azərbaycanlıları, o cümlədən dilçi-alimləri gələcəkdə aparacaqları tədqiqatlarda və dil tədrisi fəaliyyətlərində daha da məsuliyyətli olmağa çağırır. Bu, o deməkdir ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycanın gələcəyi üçün dilimizi qoruyub saxlamağın vacibliyini bir şərt kimi qarşıya qoyub və həmin siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. G.Axundova qeyd edib ki, dilimizdə xarici kəlmələrin yerli-yersiz işlənməsi doğru deyil və araşdırmalarda bu məsələ ön planda tutulmalıdır. Hind-Avropa dilləri şöbəsinin bütün əməkdaşları gələcək tədqiqatlarında Azərbaycan dilində yersiz işlənən xarici kəlmələri öz dilimizə məxsus leksik vahidlərlə əvəz edilməsi məsələsini əsas götürəcək.

Filologiya üzrə fəlsəfə doktoru Sədaqət Cumayeva Azərbaycan dilinin xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və dövlətçilik düşüncəsinin əsas dayaqlarından biri olduğunu vurğulayıb. Bildirib ki, qloballaşan dünyada dillərarası əlaqənin artması təbii proses olsa da, ana dilinin saflığının qorunması xüsusilə təhsil sahəsində əsas məsələ kimi diqqət mərkəzində saxlanılmalıdır, çünki təhsil sistemi cəmiyyətin gələcəyini formalaşdırır və gənc nəslin ana dilinə münasibətini müəyyənləşdirir. Bu baxımdan təhsil sistemində Azərbaycan dilinin tədrisi yalnız fənn kimi deyil, milli dəyər kimi təqdim olunmalıdır. Dərslərdə yad sözlərin yerli-yersiz işlədilməsinin qarşısının alınması, Azərbaycan dilinin zəngin ifadə imkanlarının şagirdlərə aşılanması mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə xarici dillərin öyrənilməsi zərurətə çevrilib. Lakin xarici dilin öyrənilməsi ana dilinin kölgədə qalması demək deyil. Əksinə, dilçilik təcrübəsi göstərir ki, ana dilini mükəmməl bilən şəxs xarici dili də daha asan və düzgün mənimsəyir. Onun sözlərinə görə, Azərbaycan dilinin saflığının qorunmasını təhsil sistemində ana dilinə ciddi yanaşmadan və bu prosesi sistemli şəkildə davam etdirməkdən asılıdır.

“Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dilinin qorunması milli kimliyimizin və dövlətçiliyimizin qorunması deməkdir və bu məsuliyyət hər bir vətəndaşın üzərinə düşür. Bu gün nitqimizdə başlanğıc əvəzinə start, təqdimat əvəzinə prezentasiya, təsir yox, effekt, bacarıq əvəzinə potensial kimi xarici sözlərə üstünlük verilməsi fikri daha dolğun etmir, əksinə, ana dilinin imkanlarını kölgədə qoyur. Halbuki Azərbaycan dili istənilən anlayışı dəqiq və aydın şəkildə ifadə etməyə qadirdir. Bu səbəbdən hər birimiz şifahi nitqdə və yazıda söz seçiminə daha diqqətlə yanaşmalı və ana dilimizin imkanlarından maksimum dərəcədə istifadə edərək dilimizi lüzumsuz işlənən yad sözlərdən təmizləməliyik”, - deyə filologiya üzrə fəlsəfə doktoru Sevinc Şükürlü çıxışında bildirib.

Şöbənin böyük elmi işçisi Bəturə Əliyeva diqqətə çatdırıb ki, ölkə rəhbəri Azərbaycan dilinin qorunmasından danışarkən bu məsələnin məhz milli kimlik məsələsi olduğunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev doğru olaraq qeyd etdi ki, ana dilinin qorunması hər bir vətəndaşın borcudur və bir dilçi-alim kimi bizim üzərimizə də böyük məsuliyyət düşür. Biz xarici dil mütəxəssisi olsaq da, Azərbaycan dili bizim tədqiqatlarımızda ön planda olmalıdır.

“Qeyd etmək lazımdır ki, Azərbaycan dili böyük tarixi keçmişə, zəngin leksik sistemə malik və daima inkişaf edən dillərdən biridir. Tədqiqatlarda xarici dillərlə müqayisədə Azərbaycan dilinin zənginliyini üzə çıxarmalıyıq və sanballı araşdırmalarımızla dilimizi bütün dünyaya tanıtmalıyıq. Azərbaycan dilinin saflığını qorumaq üçün lüzumsuz işlənən yad sözləri öz ana dilimizə mənsub sözlərlə əvəz etməli və bunu da cəmiyyətimizdə təbliğ etməliyik”,- deyə B.Əliyeva söyləyib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb